Hadisə
Sumqayıtda qonşu qadınların davası qanla bitdi.

Sumqayıtda qadınlar arasında mübahisə qanla nəticələnib. Azerfax-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Betonzavod adlanan ərazisində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə Nəbiyeva aralarında yaranan dava zamanı qonşusu 1966-cı il təvəllüdlü Xırda Məmmədovaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Azerfax