Hadisə

Təcili! Uludağda otel YANIR: Ölənlər var – VİDEO

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən oteldə yanğın baş verib.

AZERFAX.az Trt haber-ə istinadən xəbər verir ki, alov sürətlə böyüyərək oteli bürüyüb, əraziyə çoxlu yanğınsöndürənlər cəlb edilib.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey yanğında 2 nəfərin öldüyünü, 3 nəfərin sağ qaldığını açıqlayıb. İçəridə 12 otel işçisi olub, onlardan 3-ü tüstüdən zəhərlənib və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Bursa Böyükşəhər Bələdiyyəsinin sosial media platformasının X hesabında edilən açıqlamada, səhər saatlarında Uludağ Otellər Bölgəsindəki bir otelin yeməkxana hissəsində baş verən yanğına saat 05.29-da edilən xəbərdarlıq üzərinə 3 dəqiqə ərzində müdaxilə edildiyi bildirilib.

Açıqlamada Yanğından Mühafizə İdarəsinin 25 texnika və 60 canlı qüvvə ilə yanğına müdaxilə etdiyi, jandarma və AFAD bölmələri ilə koordinasiyalı şəkildə aparılan işlər nəticəsində yanğının nəzarətə alındığı qeyd edilib.
Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button