Hadisə

Tanınmış idmançı Ruslanın qatili öldürüldü

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button