Hadisə
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1 300 manat dəyərində qol saatı oğurlanıb.
AZERFAX.AZ xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.