Hadisə

Tovuzda təcili tibbi yardım maşını qəzaya düşdü.

Tovuzda baş verən yol nəqliyyat hadisəsi  zamanı feldşer xəsarət alıb.  AZERFAX.az-ın yerli bürosunun məlumatına görə qəza rayonun Aşagı Öysüzlü ərazisində qeydə alınıb.

Belə ki, Qovlar şəhərinə çağırışla əlaqədar yardıma gedən “UAZ” markalı təcili tibbi yardım avtomobili hərəkətdə olan “VAZ 21011” lə toqquşub. Hadisə zamanı TTY-nin fedşeri, 1990-cı il təvəllüdlü Elvina İsazadə xmüxtəlif dərəcəli əsarət alıb.

Dərhal onu digər təcili yardım vasitəsinin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərilib, hazırda xəstənin vəziyyəti stabildir. Hadisə yerinə YPX cəlb olunub, araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button