HadisəRegion

Tovuzda “VAZ” “KamAZ”-la toqquşdu, 1 nəfər öldü.

Tovuzda minik avtomobili ilə yük maşınının toqquşması ölümlə nəticələnib. AZERFAX.az yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib.Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov maşınla hərəkətdə olarkən idarəetməni itirib və “VAZ-2107” markalı avtomobil yol kənarında dayanan “KamAZ-a çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı ağır xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button