Hadisə

Vəzifəli şəxs hokkey oyunu zamanı öldü

Rusiyanın Arxangelsk vilayəti administrasiyasının sədr müavini Anatoli Ananyev hokkey oyunu zamanı buz üstünə yıxılaraq həyatını itirib.

AZERFAX.az Rusiyanın qazeta.ru saytına istinadən xəbər verir ki, bunu vilayət hökumətinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, hadisə hökumət komandası ilə “T-54” komandası arasında keçirilən oyunda yaşanıb. 67 yaşlı məmur “T-54” komandasının tərkibində xokkey oynayarkən dünyasını dəyişib. O, qəfil özünü pis hiss edib, buzun üzərinə yıxılıb və komanda yoldaşları təcili yardım çağırıb. Həkimlər məmuru xilas edə bilməyiblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button