Siyasət

Azərbaycan səfiri BMT-nin tədbirində çıxış etdi

Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır.

AZERFAX.AZ COP29-un “X” hesabındakı paylaşıma istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.
L.Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi mühafizə tədbirlərindən danışıb. Səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik”, – L.Abdullayeva əlavə edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button