Siyasət

Bu institutda yeni təyinat oldu


Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzində yeni təyinat olub.

Bu barədə AZERFAX.AZ-a ARTİ-dən məlumat verilib.


Belə ki, Mətləb Əsgər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.

Mətləb Əsgər bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi”, magistratura təhsilini isə İngiltərənin Leicester Universitetində “İnsan resurslarının və təlimlərin idarə edilməsi” ixtisası üzrə alıb.

O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın “SANKYU” şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.

Bu günə kimi xaricdə sahəsi üzrə 20-dən çox beynəlxalq təlimdə iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button