Siyasət

Ermənistan ədliyyə nazirinin müavini: “Ermənistanın yeni konstitusiyası gələn il hazır olacaq”.

Ermənistanın yeni konstitusiya layihəsinin mətni 2026-cı il parlament seçkilərinə qədər hazır olmalıdır.

AZERFAX.az xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Nazir müavini Konstitusiya İslahatı Şurasının buraxılmadığını, hazırda fəaliyyət göstərdiyini, mətn üzərində işdə Ədliyyə Nazirliyi ilə əməkdaşlıq etdiyini də bildirib.

“Konstitusiya hər bir dövlətin və dövlətçiliyin əsasını təşkil etdiyi üçün qanunauyğunluğu ictimaiyyət tərəfindən şübhə altına alınmayan konstitusiyaya sahib olmalıyıq”, – Dadunts qeyd edib.

Həmçinin o əlavə edib ki, hazırda preambulada dəyişiklik edilməsi məsələsi müzakirə olunmur.

Nazir müavini konstitusiyada konkret olaraq nəyin dəyişdirildiyini açıqlamayıb. Dadunts bunu onunla əlaqələndirib ki, mətndə dəyişiklik prosesi gedir və bu, gələcəkdə spekulyasiya predmetinə çevrilə bilər.

Xatırladaq ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan həmin məqamın Ermənistan konstitusiyasından çıxarılmasını tələb edir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan fevralda bu məqamın yeni konstitusiyadan çıxarılacağını istisna etmədiyini bildirmişdi. (teleqraf.az)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button