Siyasət

Ermənistan Lavrovdan alındı – Putinin Ermənistanla ciddi məşğul olmağa başlayıb.

Ötən günlərdə Rusiya hökumətinin Ermənistan üzrə kuratoru dəyişib. Bundan sonra Ermənistan istiqamətini Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, keçmiş baş nazir Sergey Kiriyenko koordinasiya edəcək.

AZERFAX.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Erməni nəşrinin fikrincə, yeni təyinat simvolik və önəmlidir, Rusiya lideri Vladimir Putinin Ermənistanla ciddi məşğul olmağa başladığını göstərir:

“Çünki Kiriyenko Putinin ən etibarlı tərəfdarlarından biri hesab edilir, adətən ona ən vacib istiqamətlər həvalə olunur. İndi də onun təyinatı Kreml üçün Ermənistan istiqamətinin ciddiləşdiyini göstərir. Moskva keçmiş koordinatordan narazı idi, çünki Ermənistan faktiki olaraq Kremlin nəzarətindən çıxıb və dost olmayan dövlətə çevrilib. Kremlin bəyanatlarında Ermənistan hələ də Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvü, müttəfiq olsa da, fakt budur ki, İrəvana açıq mənfi münasibət var.

Kiriyenkonun qarşısında bu durumu düzəltmək kimi çətin bir vəzifə durur”.

“Past” xatırladır ki, əvvəllər Ermənistan istiqaməti həm də Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən koordinasiya olunurdu:

“Amma bu qurum təkcə Ermənistan yox, Ukrayna və Moldovada da öz işində uğursuzluqla üzləşdiyi üçün tənqid edilirdi. İndi bu, Federal Təhlükəsizlik Xidmətinə təhvil verilib. Rusiya Xarici İşlər Nazirliyinin rolu xeyli azalıb, çünki Lavrov da bir sıra uğursuz fəaliyyətlərinə görə reputasiyasını itirib. Paşinyan hökuməti yeni hadisələrdən xəbərdardır”. (teleqraf)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button