Siyasət

İstanbulda Rusiya-ABŞ danışıqları başladı

Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ diplomatik münasibətlərinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci raundu başlayıb.

AZERFAX.az “RİA Novosti” ə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vaşinqtondakı səfir Aleksandr Darçiyevdir, ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edir.

Görüş zamanı Rusiya ABŞ tərəfindən müsadirə olunan diplomatik əmlakın geri qaytarılması məsələsini qaldıracaq və iki ölkə arasında birbaşa aviareyslərin bərpası məsələsini gündəmə gətirəcək.

Qeyd olunub ki, Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü bir neçə saat davam edəcək.

Qeyd edək ki, Rusiya və ABŞ arasında məsləhətləşmələrin birinci raundu fevralın 27-də İstanbulda keçirilib. Həmin vaxt danışıqlar raundu altı saatdan çox davam edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button