Siyasət

“Kilsəni ikiüzlü və fariseylərin əsarətindən azad edirik”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Apostol Kilsəsindəki böhranla bağlı bəzi şəxslərin “Azərbaycan və ya Türkiyə izi” axtarmasını kəskin tənqid edib.

AZERFAX.AZ-ın məlumatına görə, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Erməni Apostol Kilsəsini ikiüzlülərin və fariseylərin əsarətindən azad etmək prosesində bəziləri Türkiyə və ya Azərbaycan izini görməyə çalışırlar. Bu isə özlüyündə elə fariseylik (dini riyakarlıq – red.) təzahürüdür – çünki bu cür arqumentlər, əslində, öz mənəvi pozğunluqlarını erməni cəmiyyətindən gizlətmək vasitəsinə çevrilir”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, bu yanaşma sağlam ictimai müzakirələrin qarşısını alır, islahatları dayandırır və kilsəni çıxılmaz vəziyyətdə saxlayır.

Paşinyan bəzi çevrələrin onun “yeni katolikos namizədi” olduğunu iddiasına da münasibət bildirib:

“Təəssüf ki, mənim heç bir namizədim yoxdur”.

Hökumət başçısı ideal katolikos təsəvvürünü də açıqlayıb:

“Mənim katolikos təsəvvürüm belədir: O, Allaha inanan, İsa Məsihin ardıcılı olan bir insandır – fırıldaqçı və sələmçi yox. O, kilsəyə xidmət edən bir ruhani olmalıdır – əxlaqsızlığını və riyakarlığını ruhani adı altında gizlədən biri deyil. Bizim katolikosumuz da məhz belə – dindar və Allahdan qorxan biri olacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button