Siyasət

Məhkəmə İmamoğlu ilə bağlı qərar verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində sabiq bələdiyyə başqanı Əkrəm İmamoğlu da daxil olmaqla 13 nəfərin həbs müddəti uzadılıb.

AZERFAX.AZ yerli mediaya istinadən xəbər verir ki, İstanbul məhkəməsində keçirilən aylıq nəzarət iclasında hakimlər heyəti tərəfindən barələrində həbs qərarı çıxarılan şəxslərin istintaq təcridxanasında saxlanılmasına davam edilməsi qərara alınıb. Qərarda göstərilib ki, istintaq üçün əsas təşkil edən şübhələr hələ də aktuallığını qoruyur.
Araşdırmalar çərçivəsində adıçəkilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə, eləcə də maliyyə pozuntuları ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaq prosesi davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button