Siyasət
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 12-də Medianın İnkişafı Agentliyi, Audiovizual Şura rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.












