Siyasət

Mehriban Əliyeva Azərbaycan Prezidentinin Donald Trampla Nyu-Yorkdakı dialoqunu paylaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin Donald Trampla Nyu-Yorkdakı dialoqunun videosunu paylaşıb. AZERFAX.az  xəbər verir ki, Tramp çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə də toxunub. O, bu məsələ üzrə Ermənistan və Azərbaycanla çalışdığını diqqətə çatdırıb:

“Mən sənə təşəkkür etmək istəyirəm, dostum. 22 il elə deyilmi? 22 il. 22 il müharibədə oldunuz”.

Prezident İlham Əliyev vasitəçiliyi üçün ABŞ liderinə təşəkkür edib.

“Daha da çox. Bundan da artıq. 30 ildən çoxdur. Siz möcüzə etdiniz, cənab Prezident. təşəkkür edirəm. Əla idi”, – Prezident İlham Əliyev Donald Trampa cavabında deyib.

Tramp Azərbaycan liderini “Abraham Sazişləri”nə baxmağa dəvət edib.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button