Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərdi

AZERFAX.AZ xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və ölkənizin qardaş xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan müstəqillik illərində həyat fəaliyyətinin bütün sahələrində möhtəşəm uğurlar əldə edib, beynəlxalq arenada yüksək nüfuz və etimad qazanıb.
Əminik ki, mehriban qonşuluq, səmimi dostluq və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan strateji tərəfdaşlığı qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.