Siyasət
Sahibə Qafarova rusiyalı həmkarına başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.
AZERFAX.AZ xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə məlumat yayıb.
Məktublarda Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Milli Məclis sədri və deputatlar adından dərin hüznlə başsağlığı verilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.