Tramp Azərbaycanla bağlı paylaşım etdi

AZERFAX.AZ xəbər verir ki, o, paylaşımına bu sözləri əlavə edib:
“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün əbədi dostluq olacaq, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün!”.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) işə salınması ilə bağlıdır.
Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.