Siyasət

Xameneyinin müşaviri Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirdi.

İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. O, bu layihəni “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid” kimi qiymətləndirib.

AZERFAX.AZ Azad İran-a istinadən xəbər verir ki, Vilayətinin cəfəng sözlərinə görə, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə məkrli planlar həyata keçirmək istəyirlər.
O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürk çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır.

O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycan xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button