QƏRBİ AZƏRBAYCAN

Quba rayonunda “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda konfrans keçirilib

İyunun 11-də Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və digər nümayəndələr iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib. Bədii hissəsində aşıq musiqisi səsləndirilib, yallı rəqsi nümayiş olunub və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgi təşkil edilib.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların öz tarixi yurd yerlərindən mərhələlərlə deportasiya edildiklərini, onların bu ağrılı proseslər zamanı yaşadıqları müsibətləri dilə gətirib.

Konfransda digər çıxış edənlər də Qərbi Azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətlərindən danışıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button