Region

Goranboyda “VAZ” mal-qaraya çırpıldı – 3 nəfər xəstəxanalıq oldu.

Goranboyda yol qəzası 3 nəfərin xəsarəti ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Ağcakənd yolunda olub. Bildirilir ki, 1998-ci təvəllüdlü Fərid Əliyevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən yol kənarında gedən mal-qaraya çırpılıb.

Qəza zamanı xəsarət alan Xocalı rayon sakinləri,  1998-ci təvəllüdlü sürücü Fərid Əliyev, 1971-ci təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanovana xəstəxanaya yerləşdiriliblər. Onların sağlamlıq durumu barədə rəsmi məlumat verilib. Bildirilib ki, 16 yanvar 2026-cı il tarixində saat 9:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Onların müalicəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button