Region
Ağstafada atası ilə mübahisə edən kişini qardaşı bıçaqladı

Ağstafada ailə münaqişəsi qanla bitib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. 1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
lkin versiyaya görə, A. Gəncəliyev evdə atası ilə mübahisə edib. Bu zaman onları ayırmağa çalışan
1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev kəsici alətlə qardaşının qol və çiyin nahiyyəsindən xəsarət yetirib.
A. Gəncəliyev dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu