Region
Ağstafada maşın aşdı – 3 nəfər xəstəxanalıq oldu.

Ağstafada yol-nəqliyyat hadisəsi xəsarətlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Poylu kəndi ərazisində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlər, 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu