Region
Astarada ağır qəza – Yeniyetmə həyatını itirdi

Astarada yeniyetmənin ölümü ilə nəticələnən qəza baş verib. Hadisə Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb.
AZERFAX.az xəbər verir ki, idarəetməni itirən “VAZ-2107” markalı minik avtomobili yol kənarındakı kanala aşıb. Qəza nəticəsində avtomobildə olan, 2009-cu il təvəllüdlü, Astaranın Vaqo kənd sakini İgid Ramin oğlu Salayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Bizim. Media)