Region

Dərədən meyiti tapılan kişini oğlu öldürüb?

Şəmkirin Zəyəm Cırdaxan kəndində sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qətlə yetirilməsi ilə bağlı şübhələr meydana çıxıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 56 yaşlı kişinin başından küt alətlə vurulduğu ehtimal edilir. Onun ölümü ilə əlaqədar bir sıra təfərrüatlar məlum olub.
bürosu xəbər verir ki, qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törətdiyi ehtimal olunur.
İlkin xəbərə görə, A.Nəbiyev ötən ilin iyulunda Rusiya Federasiyasından yaşadığı Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb. Təxminən 4-5 gün öncə onun itkin düşməsi xəbəri yayılıb. Bu gün isə meyiti tapılıb.
56 yaşlı kişinin Rusiyada dünyaya gələn və onunla birlikdə Azərbaycana qayıdan oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.
Onun oğlunun ölkə ərazisini tərk etdiyi bildirilir. Yeniyetmənin barəsində axtarış elan olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button