Region

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZERFAX.az xəbər verir ki,tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, bugünkü müstəqil demokratik və suveren Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yaratdığı şah əsərdir. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən hər bir sahədə uğurla davam etdirilir, ölkəmizdə müasir dövrün tələblərinə uyğun davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Vətən müharibəsində və Xankəndidə əldə olunan tarixi Zəfərlər də Heydər Əliyev ideyalarının təntənəsidir. İndi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımız qürurla dalğalanır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Daşkəsənlilər bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi heç vaxt unutmur və unutmayacaq.
Ehsan mərasimində Ümummilli Lider Heydər Əliyevin ruhuna Quran surələri oxunub və əziz xatirəsi ehtiramla anılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button