Region
Samuxda kişi əkin sahəsində ölüb.

Samuxda 55 yaşlı kişinin meyiti aşkarlanıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayon ərazisində 1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin versiyaya görə, kişi ürək tutması səbəbindən dünyasını dəyişib.
Hadisə yerinə Samux rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu