Region

Gədəbəydə fiziki təyziqə məruz qalanların vəziyyəti necədir?

Gədəbəydə döyülən ana və qızının sağlamlıq durumu ilə bağlı rəsmi aşıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər  (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar” deyə açıqlamada bildirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button