Region

Gədəbəydə qadın dəm qazından zəhərləndi.

Gədəbəydə 27 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Gödəkdərə kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Şabanova dəm qazından zəhərlənib. Qadın əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə göndərilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button