Gəncə Şəhər Birləşmiş Xəstəxananın əməkdaşı beynəlxalq konqresdə iştirak edib.

Abbas Səhhət adına xəstəxananın II Terapiya şöbəsinin müdiri Pərvin Dürüstkari İspaniyanın Barselona şəhərində baş reallaşan 17-ci Ümumdünya İnsult Konqresində iştirak edib. Gəncə Birləşmiş Xəsatəxanadan AZERFAX.az-a bildirilib ki, konqres (WSC 2025) Ümumdünya İnsult Təşkilatı tərəfindən keçirilib. Tədbir aparıcı tədqiqatçıları, klinik mütəxəssisləri, həkimləri insultun qarşısının alınması, müalicəsi və bərpası sahəsində irəliləyişləri müzakirə etmək üçün bir araya gətirib. Konfransda yeni klinik sınaqlar, süni intellekt müzakirə olunub, bərabərlik və qlobal əməkdaşlığa diqqət çəkilib.
Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində çalışan həkim mütəxəssislər mütəmadi olaraq bilik və bacarıqlarını artırmaq məqsədilə yerli və beynəlxalq tədbirlərdə iştirak edirlər.







