Region

Gəncə Tibb Kollecində Akademik Zərifə Əliyevanın anım tədbiri keçirildi.

Aprelin 15-də Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, Azərbaycan himninin səsləndirilməsindən sonra Ümummilli lider Heydər Əliyevin, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə çıxış edənlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışdılar Qeyd olundu ki, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Çıxışlarda o da bildirildi ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.
Tədbirin sonunda görkəmli alim, Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətində bəhs edən sənədli film nümayiş olundu.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button