Region

Gəncədə 18 yaşlı gənci bıçaqlayanlar saxlanıldı

Gəncədə 2007-ci il təvəllüdlü H. Huseynova bıçaq xəsarətləri yetirən şəxslər saxlanılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, H. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü N. Abbasov və 2010-cu il təvəllüdlü T. Pirverdiyev saxlanılıb.

Hadisə dünən şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində baş verib. 18 yaşlı H. Huseynov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə  xəstəxanaya çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma apaılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button