Region

Gəncədə 4 yaşlı uşağın ölüm səbəbi açıqlandı.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasında azyaşlı ölümü qeydə alınıb. AZERFAX.az-ın Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına daxil olub. Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunub.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button