Region
Gəncədə 57 yaşlı kişini maşın vurdu.

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhər ərazisində hərəkətdə olan avtomobil 1968-ci il təvəllüdlü A.Quliyev yolu keçmək istəyən zaman avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu