Region
Gəncədə 6 nəfər qıdadan zəhərləndi.

Gəncədə qida zəhərlənməsi faktı qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə 6 nəfər ürəkbulanma, qusma diaqnozu ilə həkimə müraciət ediblər. 70 yaşlı M.İslamova, 17 yaşlı T.Cəfərova, 22 yaşlı N.Qədimova, 49 yaşlı S.İslamova, 27 yaşlı F.Abbasova və 29 yaşlı R.Qədimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə onlar tortdan zəhərləniblər.
AZERFAX.az Qərb Bürosu