Region

Gəncədə ana və oğlu bıçaqlandı

Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

AZERFAX.az-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

İlkin məlumata görə, hər iki şəxsə qohumları bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button