Region

Gəncədə avtoxuliqanlıq edən sürücü həbs olunub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.

2025-ci il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button