Region
Gəncədə bıçaqlanan kişinin vəziyyəti orta ağırdır.

Gəncədə küçədə bıçaq xəsarətləri alan 31 yaşlı Kəlbəcər sakininin vəziyyəti haqqında açıqlama verilib. AZERFAX.az-ın yerli bürosu TƏBİB-ə istinadən xəbər verir ki, 22.03.2025-ci il tarixində saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub:
“Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır” deyə rəsmi məlumatda bildirilir.
AZERFAX.az Qərb Bürosu