Region
Gəncədə bir ailənin 3 üzvü zəhərləndi.

Gəncədə qida zəhərlənməsi baş verib. AZERFAX.az-ın yerli bürosunun -nın yerli bürosunun xəbərinə görə, 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları – 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib. vəziyyətlərinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə Nəcəfovlar yaşadıqları evdə qidadan zəhərləniblər.
AZERFAX.az Qərb Bürosu