Region
Gəncədə DƏHŞƏT: işdən çıxarılan ali məktəb əməkdaşı özünə xəsarət yetirdi.

Gəncədə işdən çıxarılan işçi qolunu kəsərək özünə xəsarət yetirib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib. 1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G. Məmmədova xəbəriz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu