Gəncədə iki gün qaz olmayacaq.

Gəncə şəhərində iki gün mavi yanacağın verilməsi dayandırılacaq. AZERFAX.az-ın yerli bürosunun “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumatına görə qaz təsərrüfatında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, iyulun 8-i saat 09:00-dan etibarən Gəncə şəhərində qaz verilişi dayandırılacaq. Birlikdən onu da əlavə ediblər ki, təmir işləri iki gün davam etdiriləcək:
“Qaz təchizatının dayandırılması “Gəncə” QPS-dən qidalanan, “Gəncə 1 və 2” ölçü qovşağı ilə yanaşı, “Bağmanlar” QPS-dəki orta təzyiqli qaz xətlərini əhatə edəcək. Qaz tənzimləyici və bağlayıcı qurğuların quraşdırılması, eləcə də yüksək təzyiqli kollektorun yenidən qurulması nəzərdə tutulur. Nəticədə, Gəncə şəhəri üzrə 95 minə yaxın əhali, 2200 qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 97 200 abonentin qazla təminatında fasilə yaranacaq” deyə birlikdən əlavə ediblər.
Birlikdən onu da bildirilər ki, qaz təchizatı işlər yekunlaşdıqdan dərhal sonra bərpa ediləcək.
AZERFAX.az