Region
Gəncədə iki qazi xəsarət aldı.

Gəncədə iki qazi bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. AZERFAX.az-ın yerli bürosunun əldə etdiyi məlumata görə Vətən müharibəsi iştirakçısı, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xaliq Azər oğlu Qurbanovun bıçaqla öz özünə xəsarət yetirib.
Bundan başqa, Vətən müharibəsi iştirakçısı, Vətən uğrunda görə medallarla təltif olunmuş Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlkü Sərxan Bəxtiyar oğlu Quliyev şüşə ilə kəsilmiş xəsarətlə xəstəxanaya çatdırılıb.
Hər iki qaziyə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Baş verən hadisələrlə bağlı araşdırma aparılır.



