Gəncədə işdən çıxarıldığı üçün özünə xəsarət yetirən ali məktəb əməkdaşının durumu necədir?

Gəncədə ali məktəbin binasında özünə xəsarət yetirən işçinin vəziyyəti ilə bağlı rəsmi açıqlma verilib. AZERFAX.az-ın yerli bürosu Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər verir ki, 11.04.2025-ci il tarixində saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Daxil olan pasiyentə sol saidin kəsilmiş yarası diaqnozu təyin edilib və ona zəruri tibbi yardım göstərilib.Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb” deyə açıqlama bildirilir.
Qeyd edək ki, GDU-nun dəftərxanasının əməkdaşı olan 1988-ci il təvəllüdlü Gümay Məmmədova xəbəriz işdən çıxarılmas səbəbindən özünə xəsarət yetirib. O dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu