Region
Gəncədə kişi özünü şüşə parçası ilə vurdu.

Gəncədə 34 yaşlı kişi özünə xəsarət yetirib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü S.N. bədəninin qarın nahiyəsinin kəsiliş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb. O dərhal dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin dəqiqlədirmələrə görə Namazov özünə şüşə parçası ilə xəsarət yetirib. Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az