Region
Gəncədə məktəb yoldaşını bıçaqla vuran şəxs saxlanıldı.

Gəncədə 1991-ci il təvəllüdlü Rəşad Nəsrullayevə bıçaq xəsarətləri yetirən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun AZERFAX.az-ın yerli bürosuna verdiyi məlumata görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində R. Nəsrullayevin əl nahiyyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü S. İsmayılov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu