Region
Gəncədə oğlan naməlum şəraitdə bıçaqlanıb.

Gəncədə 26 yaşlı oğlan bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu iləxəstəxanalardan birinə çatdırılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Z.Rzayev həmin xəstəxanın yaxınlığında kürəyindən bıçaqlanıb. Zərərçəkən dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir. Onun kim tərəfdən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Fakla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu