Region

Gəncədə öz evində 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı.

Gəncədə mübahisə zamanı 23 yaşlı gənc oğlanın boğaz nahiyəsindən bıçaq xısarıti yetirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 2001-ci il təvəllüdlü E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan gəncin vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə o bıçaq xəsarətini E. Aşurovun yaşadığı mənzildə alıb. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button