Region

Gəncədə qohumuna kəsici alətlə xəsarət yetirən şəxs saxlanıldı.

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə 1980-ci il təvəllüdlü Əli Alişanov bədənin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun AZERFAX.Az-ın yerli bürosuna verdiyi məlumata görə hadisəni törətməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Zakir Sadıqov saxlanılıb. Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb. Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button