Region

Gəncədə qonşular bir birini bıçaqladı.

Gəncədə qonşular arasında mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub. İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Hər iki bıçaq xəsarəti alan xəstəxanaya yerləşdirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button